Nərmin Həsənlinin xatirəsinə ithaf olunur

– Ana, bəlkə dərsə getməyim ?
– Niyə, qızım ? Axı sən dərsdən qalan deyilsən?
– Özümü yaxşı hiss etmirəm, ürəyim bulanır, başım hərlənir.
Həyəcanlı görünürdü . Qızdırması qalxmışdı. Həkim çağırdıq, ciddi problem olmadığını dedi. Müalicə yazdı. Bu əlamətlərin soyuqdəymədən yarandığını zənn etdik. Ancaq qızımın əhvalında müsbət dəyişiklik olmadı.
Nərmini qartopu oynamağa qoymazdım. Xəstələnməyindən qorxardım. İndisə qızdırmadan xilas ola bilmir. Bir neçə həkimə müraciət etdik, ciddi problem olmadığını bildirdilər. Mən anayam, hiss edirdim, bilirdim ki, nələrsə qaydasında deyil, qızımın halı gündən – günə daha da ağırlaşırdı.
Yoldaşım və mən çox həyəcanlandıq. Qoxmağa başladıq. Qorxumuz faydasız deyilmiş. Analizdən sonra qızımızın leykozdan əziyyət çəkdiyini öyrəndik. Lekyoz adətən stressdən yaranır, əksər hallardasa genetik əlamətlərlə bağlıdır. Yüksək hərarət, halsızlıq, sümük ağrıları qızıma kəskin ağrılar yaşadırdı. Axı biz yaxşı valideynlər olmuşuq. Övladlarımızın xoşbəxtliyi üçün əlimizdən gələn hər şeyi etmişik. Bəs bu xəstəlik hardan çıxdı ? Hansı əməlimizə görə Allah bizi cəzalandırır? Bəlkə bu da sınaqdır. Həkimlərin və yaxınlarımızın məsləhətinə görə Nərminin müalicəsini Şimal ölkələrindən birində davam etdirdik. Yad yer, yad insanlar, xəstə övladım və onu itirmək qorxusu – bütün bu səbəblər məni də gücdən salırdı. Bilirdim ki, dözümlü olmalıyam. Qızım məndən yaşama eşqi almalıdır ki, immuniteti yüksəlsin. Onu şənləndirmək üçün qeyri – adi , zarafatcıl hərəkətlər edirdik. Bütün o çətinliklər indi onun haqqında keçmiş zamanda danışmaqdan daha asandır. O var idi, indi yoxdur. Bu hadisə başımıza gələn ən kədərli hadisədir. Bir ana, bir ata üçün övlad itkisinə dözmək çox çətindir.
Öv övladım üçün dualar edəndə Allahdan bütün uşaqları xoşbəxt etməsini istəyirdim. Allaha yalvarırdım ki, qızımı xilas etsin. Deyirdilər ki, Allah anaların dualarını eşidir.
Müalicənin 1 – ci və 2 – ci kursunda müalicə alarkən qızımın əhvalında müsbət dəyişiklər baş verdi. Xoşbəxt olduq. Amma müalicə zamanı Nərmin pnevmaniya oldu. Çox qorxdum, axı biz xəstəliyə qalib gəldiyimizi düşünürdük. Qızım xəstəxanada qalmaq istəmirdi. Bezmişdi. Xəstəlik onu yorur, taqətdən salırdı. 3 – cü kurs müalicəyə başladıq. Günlər keçdi, xəbər verdilər ki, qızının vəziyyəti ağırdır. Həkim Nərminin 1 % yaşama şansı olduğunu deyəndə inanmadım. Ona yalvardım, inandım, hələ də hər şeyin yaxşı olacağına ümid etdim. Amma Nərmin artıq yox idi. Həyətə çıxdım. Qızımın evdə qaldığı zaman söylədiyi sözləri xatırladım :
– Ana, bu gün də qar yağmadı .
Nərmin, toxunduğun əşyalar hələ də salamatdır, bəlkə də bu əşyaların insan üzərindəki qələbəsidir.
Atası yalnız bu sözləri deyə bildi :
– Bu zalım dünyada bizi tək qoydun, Nərmin. Biz isə səni qoruya bilmədik, bağışla
Bu qısa hekayəni Məlahət Həsənovanın ” Leykoz ” kitabını oxuduqdan sonra yazdım, daha doğrusu yazmaya bilmədim. Kitab məni ağlatdı.

Nicat Həşimzadə

Leave a Reply

Your email address will not be published.