Həsənova Məlahət Bakı şəhərində doğulub. Nərimanov rayonu 39 saylı orta məktəbin məzunudur. Orta təhsilini başa vurduqdan sonra Bakı Politexnik texnikumuna qəbul olmuşdur. Ailəlidir, bir oğlu var. ƏN ƏSASI NƏRMİNİN ANASI və LEYKOZ kitabının müəllifidir.

Həsənli Vüqar Şirvan şəhərində  doğulmuşdur. Orta təhsilini Şirvan şəhər 4 saylı orta məktəbdə alan H.Vuqar məktəbi bitirdikdən sonra Bakı Politexnik texnikumun topoqrafiya fakültəsinə daxil olmuşdur. Inşaatçı vəzifəsində çalışır. Ailəlidir, bir oğlu var. Həm də dünyasın dəyişmiş Nərmin Həsənlinin atasıdır.

Həsənli Dilbər 1993 ildə Bakı şəhərində anadan olmuşdur .Orta təhsilini Bakı şəhərinin 176 saylı məktəbində almış və daha sonra Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informatika fakultəsini bitirmişdir. Hal hazırda Firudin Köçərli adına kitabxanada çalışır. 2015-ci  ildə Sahil Həsənli ilə ailə həyatı qurmuş Həsənli Dilbər Nərminin sağlığında ən yaxın rəfiqəsi olduğu kimi, indi də onun ailəsinin sevimli gəlinidir.

Leave a Reply

Your email address will not be published.